“İnfiniti” gecə klubunda mühafizəçi ərəb turisti döyüb

“İnfiniti” gecə klubunda mühafizəçi ərəb turisti döyüb

Bakıda gecə klubunda mühafizəçi ərəb turisti döyüb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən "İnfiniti” gecə klubunda qeydə alınıb.
Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı Faisal Abdul Azizi həmin klubun iş rejimini pozub. O, mühafizəçilərin klubdan çıxmaqla bağlı tələblərinə məhəl qoymayıb. Nəticədə mühafizəçi ərəb turisti döyüb.
Döyülən şəxs polisə şikayət edib. Faktla bağlı araşdırma aparılır.
Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR