Çin süni Ay hazırlayacaq - küçələri işıqlandırmaq üçün

Çin süni Ay hazırlayacaq - küçələri işıqlandırmaq üçün
  • DÜNYA

Çin kosmosa süni peyk buraxaraq ondan Ayı əvəzləmək və süni Ay qismində ölkənin cənub-qərbindəki Çendu şəhərinin küçələrini gecələr işıqlandırmaq niyyətindədir.

Milli.Az The Guardian-a istinadən bildirir ki, süni Ay 2020-ci ildə kosmosa çıxarılacaq. Onun işıqsalma gücü Ayla müqayisədə 8 dəfə artıq olacaq. Süni ay 80 km diametrdəki ərazini gecələr işıqlandıracaq.
Çinin Elmi-Texniki Aerokosmik Korporasiyasının (SASC) nəzdindəki Çendu Aerokosmik Elmi Araşdırmalar, Texnologiyalar və Mikroelektron Sistem Tədqiqatları İnstitunun (Chengdu Aerospace Science and Technology Microelectronics System Research Institute Co.) rəhbəri Vun Çunfenin dediyinə görə, süni Ayın sınaqları illər əvvəl başlanıb.

Onun sözlərinə görə, süni Ay Günəş şüalarını yerə əks etdirəcək.
Xarbin Sənaye Universitetinin professoru Kan Veyminin dediyinə görə, süni Ay təbiətə mənfi təsir etməyəcək.
 
Aktual.az
Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR