İki yük avtomobili toqquşdu

İki yük avtomobili toqquşdu

Hacıqabulda iki yük avtomobili toqquşub.

Aktual.az  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Kürdəmir magistral avtomobil yolunun 151–ci km-də Hacıqabul rayonu ərazisində "Mercedes” markalı yük avtomobilin "Kamaz” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "Mercedes” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. 

Əməliyyat saat 5:17-də başa çatıb. 
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR