İƏT PA-ya sədrlik Azərbaycana keçdi

İƏT PA-ya sədrlik Azərbaycana keçdi

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (IƏT PA) sədrlik Azərbaycana keçib.

Aktual.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, İƏT PA-nın Üçüncü Ümumi Konfransından sonra təşkilata sədrlik Azərbaycana keçib.

"Azərbaycan sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək. Azərbaycan bu təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır”, - Sahibə Qafarova vurğulayıb.

Milli Məclisin sədri deyib ki, pandemiya tamamilə aradan qalxmasa da, kəskin dövrü geridə qalıb: "İndi biz növbəti addımlara hazır olmalı və postpandemiya dövründə bərpa məsələlərinə daha çox diqqət yetirməliyik”.
Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR