Homoseksualların nigahı ilə bağlı fətva verildi

Homoseksualların nigahı ilə bağlı fətva verildi

Pakistanda transgenderlərin nigahı ilə bağlı fətva verilib.

Yeni fətvaya əsasən, əgər homoseksualın hər iki cinsə dair açıq əlamətləri varsa, o nigaha girə bilməz. Əgər homoseksual şəxsdə iki cinsdən birinə meyillilik daha çoxdursa, o, əks cinsin nümayəndəsi ilə evlənməlidir.

Həmçinin, sənədə əsasən, transgender oluğuna görə övladını mirasından məhrum edən valideynlər qınanırlar. Fətva transgenderləri təhqir etməyi və alçatmağı qəti şəkildə qadağan edir. Fətvaya əsasən, ölən homoseksual da digər müsəlmanlara uyğun adət və ənənələrlə basdırılmalıdır.

Pakistanda transgenderlər 2009-cu ildə rəsmi şəkildə "üçüncü cins" olaraq tanınıblar. Ölkədə müntəzəm olaraq transgenderlərə qarşı hücumlar baş verir. Bu yaxınlarda Aleş adlı yaralı homoseksual gənc xəstəxanada qanaxma nəticəsində ölmüşdü. Həkimlər onun qadın yoxsa kişi palatasına yerləşdirilməsinə qərar verə bilməmişdilər./olke.az/

Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR