Heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı - Bakıda

Heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı   - Bakıda

Bakıda heyvanlar tərəfindən parçalanmış kişi meyiti aşkarlanıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Sakinlər rayonun Puta qəsəbəsinə gedən yolda, yol kənarında naməlum meyitin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.

Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. 

Hazırda ölən şəxsin kimliyinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. 

Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR