Hesablama Palatası: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq yüksəkdir

Hesablama Palatası: Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq yüksəkdir

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının xarici sortlardan asılılıq səviyyəsi yüksəkdir.
Aktual.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.
Bildirilir ki, 2019-2022-ci illər ərzində "Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınan yeni sortların 88,1-93 % intervalında olan hissəsi xarici sortlar olub ki, bu da yerli elmi-tədqiqat institutlarında seleksiya işinin zəif təşkilinin və kənd təsərrüfatı məhsullarının istehsalında xarici sortlardan asılılıq səviyyəsinin nə dərəcədə yüksək olduğunun əsas göstəricilərindəndir.
"Dövlət Reyestrinə daxil edilən yerli sortlardan 2020-ci ildə 3 bitki üzrə 3 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 6 bitki üzrə 7 sort Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, 1 bitki üzrə 1 sort Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, 2021-ci ildə 2 bitki üzrə 9 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 2 bitki üzrə 3 sort Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, 2022-ci ildə 5 bitki üzrə 10 sort Əkinçilik Elmi-Tədqiqat İnstitutu, 1 bitki üzrə 4 sort Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılsa da, həmin sortların böyük əksəriyyətinə fermerlər tərəfindən bir qayda olaraq maraq göstərilməyib ki, bu da sortyaratma prosesində istehlakçı fermer təsərrüfatlarının tələblərinin əsasən nəzərə alınmadığını, tələblərə uyğunluğu mövcud olan bəzi yeni sortların isə tanıtımı və istehsalının genişləndirilməsi ilə bağlı zəruri işlərin lazımi səviyyədə həyata keçirilmədiyini deməyə əsas verir", - Hesablama Palatası qeyd edir.

Xəbər 126 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR