Hərbi-sursat partladı - Əlləri amputasiya olundu

Hərbi-sursat partladı   - Əlləri amputasiya olundu

Ağstafa rayon sakini döyüş sursatının partlaması nəticəsində ağır yaralanıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb.

Kənd sakini 1974-cü il təvəllüdlü Yaşar Mustafayev hərbi sursatı əlinə alıb və bu zaman partlayış baş verib. 

Xəsarətlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Y. Mustafayevin hər iki əli amputasiya olunub.

İlkin məlumata görə, hadisə kənd ərazində hərbi sursatlar yığılan ərazidə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR