Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılıb

Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılıb

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Verilən məlumata əsasən, martın 14-dən 16-dək İstanbul şəhərində (Türkiyə) “Beynəlxalq hərbi elmlər və təhlükəsizlik – 2016” konfransı, martın 14-dən 19-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun regional kollektiv təlimi planlaşdırma kursu, martın 14-dən 25-dək Latina şəhərində (İtaliya) qüvvələrin açılmasının və hərəkətinin idarəedilməsi sistemi üzrə təməl kursu, martın 14-dən 25-dək Ankara şəhərində (Türkiyə) qərargah zabitləri üçün böhranlara cavab əməliyyatları kursu, martın 14-dən aprelin 8-dək İstanbul şəhərində (Türkiyə) əldə düzəldilmiş partlayıcı maddələrin zərərsizləşdirilməsi kursu və martın 14-dən aprelin 29-dək Şrivenhem şəhərində (Böyük Britaniya) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə kurs keçirilir.

Qeyd olunan tədbirlərə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri qatılıb.

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR