Hərbçiləri daşıyan yük maşını qəzaya uğradı: ölənlər var

Hərbçiləri daşıyan yük maşını qəzaya uğradı:   ölənlər var

ABŞ-ın Texas ştatında yük maşınının qəzaya uğraması nəticəsində 9 hərbçi ölüb.

Aktual.az report-a istinadən bildirir ki, qəzaya səbəb güclü leysan yağışları nəticəsində yaranmış sel olub.
Hadisə iyunun 2-də Fort Hud hərbi bazası yaxınlığında baş verib. Güclü sel yük maşınını aşırıb və avtomobil suyun təzyiqi altında batıb. İlk olaraq hadisə yerində 4 hərbçinin meyidi tapılıb. Ardından daha 5 hərbi qulluqçunun cansız bədəni aşkarlanıb.
Üç hərbçi yaralı halda xəstəxanaya yerləşdirildikdən sonra evə buraxılıb.
"Reuters"in məlumatına görə, təbii fəlakətin qurbanlarının ümumi sayı 16 nəfər olub. Leysan nəticəsində səviyyəsi xeyli yüksələn Brazos çayının daşması yüzlərlə evin su altında qalması, daşqın ərazisində yerləşən üç həbsxanadan 4 mindən çox məhbusun evakuasiya edilməsi ilə nəticələnib.
Dallas və Hyuston hava limanlarında əlverişsiz hava şəraitinə görə 160-dan çox aviareys ləğv edilib.

Xəbər 588 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR