“Heç erotik kino pavilionlarında belə şey olmur...”

“Heç erotik kino pavilionlarında belə şey olmur...”

O gün dükandayam. Satıcı ilə maraqlı dialoq yaşanır:

- (Əlimi asılqandakı şalvara uzadaraq)"Neçəyə verərsən?”

- (satıcı uğunub getdi) –Şalvarı? – (guya adam öz aləmində mənimlə prikol tutur)

- (Lənət şeytana, dilimə gəlmişdi ki, deyim - yox bacını!!! – zorla saxladım özümü) Divara vurulan "oboy”u deyirəm, neçəyə verərsən? 

- (key-key üzümə baxır) – "Brat”, mən zarafat edirdim, sən lağ ağını çıxardın” – (məni borclu çıxarır)

- Sən niyə zarafat eləməlisən mənimlə, bizim zarafatımız var? 

- İnsanıq da olmaz?

- İlk dəfə gördüyün adamla olmaz.

- (tez qımışıb yazıq poz alır) "Vallah, qınama e bizi. O qədər gərginlikdir ki, bəzən zarafata ehtiyacımız olur. (ardınca da 250 manat maaşdan başlayıb az qala nənəsinin ayağındakı göbələk xəstəliyinə qədər danışır) Və qəfildən soruşur: "Qardaşım, sən hardansa tanış gəlirsən e mənə...”

- "Yeni Ulduz” 2- də iştirak eləmişəm. Tanımadın? Elşən Musayev.

- Hə, hə...deyirəm axı. "Oçki”ndə varıydı.

- Ay sağ ol...

- "Brat”, o yarışmanı bir dənə şampunçik vardı e, gitara da çalırdı, o uddu hə?

- (ciddi görkəm alaraq) – Xahiş edirəm, mənim həmkarlarım haqda elə danışmayın... 

- Nə bilim e, siz tərəfin adamına hamı manıs deyir axı, ona görə...

- Səndən başqa onu deyən qələt edir. Nə manıs? Niyə təhqir edirsən bizi? Elariz manısdı? Rəqsanə, Üzeyir, Əflatun, Fədayə (bir iki mənasız adları da əlavə edirəm) manısdı? Nə danışırsan sən? Onların bilirsən nə boyda sənəti var? Bilirsən bu yaxınlarda rus nazirlərdən biri balaca qızının ad günündə oxuması üçün Tacir Şahmalıoğlunun dalınca xüsusi təyyarə göndərmişdi?..Hə?!...(qardaş əməllicə "təkər”dədi. Susqundu. Əsas da hiss elədim - Üzeyir və təyyarə məsələsində yamanca ilişib qalıb) 

- Sənin də sözündə həqiqət var "brat”, nə deyim...

- Heç nə demə. Sadəcə, həmkarlarımı kimsənin ayağına vermərəm mən. Bunu bil. Çünki, sənin o manıs dediyin tayfa yüz dənə iqtisadçıya, hüquqşünasa, ta nə bilim siyasətçiyə dəyər..

- (niyəsə adamın ağlında bir tək "siyasətçi qalır) – Siyasətçilərdən danışma e, onlar lap "......" - dı...(elə axmaq söz dedi, matım-mutum qurudu)

P.S. Adamın üzünə bax belə söyürlər....
 
***
Bizdə alış - veriş mədəniyyəti formalaşmayıb. Bu dəqiqdir. Ona görə 5-10 manat pulu olan dərhal "shoppinq” üçün ölkə sərhədlərindən kənara qaçır. Tam da haqlı olaraq. Çünki, bu məmləkətdə satıcı elə bilir o malı göstərməli, satmalı deyil – məhz sırımalıdır. Ya da plan doldurmalı. Alıcı isə alver edərkən həyatının ən böyük stresslərdən birini yaşayır. Nədən? Ona görə ki, 3-4 mala baxıb almasa satıcının amansız baxışları ya da "alqış”ları ilə baş-başa qalacaq. Təxminən bu məzmunda: "Köpək oğlu (ya da qızı) mal alan zibil deyil, mazqilərimizi xarab edir.

Hətta bir misal çəkim. Çox yüksək ranqlı - məmur dostum var. Sadə insandır. Bu yaxınlarda həyat yoldaşına mobil telefon almağa gedib. Sadəcə cinsdə, maykada, krassovkada olub. Əlində 1200 manatlq telefona baxırmış. Elə bu arada satıcı dözməyib, qayıdıb ki: "Ay sənə qurban, bu telefon sənin harana yaraşır, özünə uyğun bir şeyə bax da....”

Adamı dostumun əlindən zorla alıblar...

Ya da başqa bir misal. İşlədiyim dövlət qurumunda smart - telefonlarla binaya girmək qadağan olunduğu üçün o gün tezcə"Samsunq”a getmişəm. Uyğun bir telefon almağa. Mənə gərək olanlar isə 30-40 manat civarındadır. Təsəvvür edin, o boyda satıcı kontingentindən bir adam mənə yiyə durmadı. Ki, nə var - nə var ucuz bir şey alıram. Handan - hana ölüvay sifəti ilə biri yaxınlaşıb nəsə dilinin altında mırıldadı. Sifətinə isə sanki bu sözlər həkk olunmuşdu: "30 manatlıq telefona görə adam narahat edərlər?”

***
Və...bu arada, ən önəmli məsələlərdən biri də bilirsinizmi nədir? – İstehlakçı hüquqları! Anlayış yoxdur qardaşım. Bu məmləkətdə is-teh-lak-çı hüquqlarından anlayış yoxdur! Bir- iki brend dükan istisna olmaqla. Məsələn çaşıb, yalnış bir şey alıb, sonra qaytarmaq istərsən. İşverən, başıpozuq kimi baxarlar sənə. Tumanlarını çəkərlər başlarına ki, artıq malı  kassaya vurmuşam.(guya camaat betona-zada vurur) Yaxşı bəs o verdiyin "çek”nədir, o nə üçündür? Neçəyə almışam deyib tiripaşlıq eləmək üçünmü , yoxsa evdə gündəlik "rasxod”ları hesablayarkən arvad-uşağa minnət vurmaq üçünmü?

Gərək elə bir səs-küy salasan ki, ünün Bayıldan Yasamala qədər gəlsin. Bəlkə onda müdirdən-zaddan olacag kimsə ortalığa çıxıb deyə ki, yola verin(?!) bunu. Qaytarın malını. Fəqət yenə də yüz cür minnətlə...

***
Hələ bir də görürsən "miqq” eləyib hansısa dükanın qarşısından keçməmiş – adamı zorlama basıb salırlar həmin dükanın içinə. Bir göz qırpımında isə qapıdan, divardan, tavandan "həşərat”lar tökülür: "Qardaşım sən canı bir dənə bunu geyin. A kişi demirəm e al, bir dənə "prosto” geyin. Qutu kimidi vallah. Bəh-bəh. Dayan-dayan buna da bax. Yox bu biri qaldı. Sən mənim ölmüşüm bunu da geyin” və s bu kimi sərsəmləmələr. Adam çaşıb qalıir ki, nətəər eləsin, hansı reaksiyanı versin. Almayanda isə olursan düşmən. Qapıdan elə it sifəti ilə yola salırlar, sanki dədələrinə borcun var və həmin borcu ödəmək üçün mütləq bunlardan nəsə almalı idin.  

...Nəhayət. Bu günə qədər qarşılaşdığım ən kuryoz mənzərə: Azərbaycanın əksər alış - veriş mərkəzlərində qadın alt paltarlarını kişilər, kişi alt paltarını isə qadınlar satır. Əcaib vəziyyətdir. Və ya təsəvvür edin: qadın almaq istədiyi alt paltarı soyunub-geyinmə otağında ölçü olaraq yoxlayır və məlum olur ki daha böyüyü lazımmış: "Ay qaqa, gəl bunu götür, bir "razmer”böyüyünü ver. Qaqa da yüyürüb götürür və deyiləni edir. Ya da həmin qaqadan məsləhət alınır: "Bunun güllüsü, nə bilim kurjovalısı, bir az açığı, bağlısı varmı? ....
Canım üçün, heç erotik kino pavilionlarında belə şeylər olmur. Ki, biz şahidlik edirik.

Bu lap bilirsinizmi nəyə bənzədi? – O bəzi "ləvazimat”ları almaq üçün  satıcısı gözəl apteklərin axtarışına çıxan gədələr olar e...bax eynən onların sərgüzəştlərinə. Hələ biri bu yaxınlarda xanım satıcıdan soruşub ki "Bacı bu necədi, keyfiyyətlidi?”. Qız gözünədöndüyüm də hazırcavab olub. Qayıdıb ki: Mən bacın bu işlərdən baş çıxarmır. Gedib evdəki bacına sorarsan...”

...Di get. Manyak köpəyuşağı...
 
E.M.
Xəbər 2925 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR