Havada tozun miqdarı normadan 2 dəfə yuxarıdır

Havada tozun miqdarı normadan 2 dəfə yuxarıdır

Atmosfer havasında hazırda müşahidə olunan tozun miqdarı açıqlanıb.

Aktual.az bildirir ki, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2,0 dəfə yuxarı olduğu qeydə alınıb.
Qeyd edək ki, bu göstərici saat 15:00-da 1,6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.
 

Aktual.az

Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR