Hacıqabuldakı ağır qəzada yaralanan 8 nəfərin kimliyi bilindi – ADLAR

Hacıqabuldakı ağır qəzada yaralanan 8 nəfərin kimliyi bilindi – ADLAR

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

Hadisə Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.
Şahidlərin dediyinə görə, mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər xəsarət alıb. Hadisə yerinə Şirvan və Hacıqabul "təcili yardım” maşınları cəlb olunub. Yol qəzası nəticəsində xəsarət alanların şəxsiyyəti də artıq məlumdur.
Bunlar Yevlax rayon sakinləri – 1983-cü il təvəllüdlü Şərifova Cəmilə Tehran qızı, 2002-ci il təvəllüdlü Məmmədli Aytac İlham oğlu, 1974-cü il təvəllüdlü Əliyev Ceyhun Tariyel oğlu, 2005-ci il təvəllüdlü Məmmədli Yasin İlham oğlu, 1999-cu il təvəllüdlü Əbdürrəhmanova Nərmin Taleh qızı, 1967-ci il təvəllüdlü Əliyeva Rəsmiyyə Mustafa qızı, 1976-cı il təvəllüdlü İbadov Qəni Mehman oğlu və 1947-ci il təvəllüdlü Hidayətova Qahirə Bəhrəm qızıdır.
Xasrət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR