Hacıqabulda 34 yaşlı kişini avtomobil vuraraq öldürüb

Hacıqabulda 34 yaşlı kişini avtomobil vuraraq öldürüb

Hacıqabul rayonunda 3 gün əvvəl avtomobillə vurularaq öldürülən naməlum şəxsin kimliyi müəyyənləşdirilib. 

"Report"un xəbərinə görə, oktyabrın 2-də Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində avtomobillə vurularaq öldürülən naməlum meyit tapılıb. 
Aparılan araşdırma nəticəsində onun İmişli rayonunun L.Vəliyev küçəsi, ev 87-də yaşamış, 1985-ci il təvəllüdlü Aslanov Elvin Mahir oğlu olduğu məlum olub. E.Aslanovun meyiti yaxınlarına təhvil verilib. 
Hadisəni kimin törətdiyi də məlum deyil. 
Faktla bağlı araşdırma aparılır. 
Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR