Göygöldə qəzaya uğrayan avtomobilin sürücüsü qaçıb - TƏFƏRRÜAT

Göygöldə qəzaya uğrayan avtomobilin sürücüsü qaçıb - TƏFƏRRÜAT

Göygöl rayonunda avtomobilin dərəyə aşması ilə bağlı cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb.
Belə ki, sürücü Taleh İsmayılovun idarə etdiyi "VAZ-2121" markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarında olan dərəyə aşıb.
Nəticədə avtomobilin içərisində olan sərnişin - Göygöl rayon sakini, 1996-cı il təvəllüdlü Gülnür Fazil qızı Qocayeva hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.
T.İsmayılovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə cinayət işi başlanılıb və Göygöl Rayon Polis Şöbəsində istintaq aparılır.
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR