Göygöldə evə basqın edildi — Bıçaqlananlar var

Göygöldə evə basqın edildi — Bıçaqlananlar var

Göygöl rayonunda evə girən oğru və ya oğrular qadın və kişini bıçaqlayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Qızılqaya qəsəbəsindəki fərdi evlərin birində yaşayan 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı bir neçə bıçaq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq xəsarəti alan F.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların sözlərinə görə, onların yaşadığı evə oğrular girib və həmin şəxslər tərəfindən bıçaqlanıblar.

Faktla bağlı araşdırma aparılır.
Xəbər 121 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR