Göyçayda 47 yaşlı kişi bıçaqlandı

Göyçayda 47 yaşlı kişi bıçaqlandı

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

"Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Qantəmir küçəsində qeydə alınıb.

Rayon sakini, 47 yaşlı Umudov Seymur Vəzir oğlu bıçaq xəsarəti alıb. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yaralıya qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası və daxili qanaxma diaqnozu qoyulub. S.Umudov cərrahiyə əməliyyatı olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Xəbər 896 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR