Gürcüstanın yeni energetika naziri bəlli oldu

Gürcüstanın yeni energetika naziri bəlli oldu

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili İlya Eloşvilini energetika naziri təyin edib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, İlya Eloşvili keçmiş energetika naziri Kaxa Kaladzenin müavini olub.
 
Qeyd edək ki, Kaxa Kaladze hakim "Gürcü Arzusu" partiyasından Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürüldüyünə görə nazir postundan istefa verib. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər bu ilun oktyabr ayında keçiriləcək.
 
Aktual.az 
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR