Gürcüstanda COVID-19-a yoluxanların sayı 13 nəfər artıb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 13 nəfər artıb

Gürcüstanda daha 13 nəfərdə koronavirus aşkarlanıb, 5 pasiyent sağalıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 117-yə çatıb. Onların 917-si sağalıb, 16-sı isə dünyasını dəyişib. 184 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 5 936, tibbi nəzarətdə olanların sayı isə 268 nəfər təşkil edir.
Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR