Gürcüstanda böyük həcmdə qaz tapıldı

Gürcüstanda böyük həcmdə qaz tapıldı
  • DÜNYA

Cənubi Kaxetiyada (Gürcüstan) 5,3 trilyon kubmetr təbii qaz aşkar edilib, bu "Qazprom"un ehtiyatlarının 15 faizinə bərabərdir.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə amerikanın Frontera Resources şirkətinin rəhbəri Stiv Nikandros bəyan edib.

Onun sözlərinə görə, bu qaz bazarda 10 il müddətində satılacaq və qaz tədarükünün qaydalarını dəyişəcək.

Yaxın beş il ərzində şirkət yanacaq ixracına başlamağa hazırlaşır. Bu yanacağın Türkiyə və Şəqri Avropa ölkələri tərəfindən alınacağı ehtimal edilir.

2015-ci ildə amerikanın Frontera Resources şirkəti yatağın ehtiyatlarını 3,8 trilyon kubmetr həcmində dəyərləndirirdi.

Frontera Resources - Amerikanın karbohidratların kəşfiyyatı və hasilatı ilə məşğul olan neft-qaz şirkətidir. Gürcüstanda bu şirkət 2014-cü ilin aprelində işə başlayıb.

Hazırda Gürcüstan qazı Azərbaycandan idxal edir və Ermənistana Rusiya qazının tranzitinə görə, 10% qaz alır.

Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR