Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava olub

Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava olub

Gürcüstanın Tetritskaro rayonunun Tsintsxaro kəndində yaşayan azərbaycanlılar və svanlar (gürcülərin subetnik qrupu – red.) arasında kütləvi dava olub.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bir neçə gün öncə baş verən insident nəticəsində üç nəfər xəsarət alıb. İkisi azərbaycanlı olan həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.
Kütləvi dava ilə bağlı iki nəfər saxlanılıb ki, onlardan da biri azərbaycanlıdır.
Şahidlərin sözlərinə görə, fikizi qarşıdurmaya səbəb siqaret olub. Dava zamanı soyuq silahlardan istifadə olunduğu bildirilir.
Faktla bağlı Tetritskaro rayon polis idarəsində istintaq aparılır. 
Xəbər 641 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR