Gürcüstan-Azərbaycan sərhədində gürcü sərhədçinin meyiti tapılıb

Gürcüstan-Azərbaycan sərhədində gürcü sərhədçinin meyiti tapılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşı Gürcüstan-Azərbaycan sərhədində yerləşən postda ölü vəziyyətdə tapılıb.

Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə "Imedi" telekanalı məlumat yayıb.
Üzərində odlu silah yarası olan meyit Laqodexi rayonu ərazisində aşkar edilib.İlkin məlumatlara görə, sərhədçi intihar edib. Hadisə yerinə kriminalist-ekspertlər cəlb olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi üzrə (Özünü öldürmə həddinə çatdırma) araşdırmalara başlanılıb.
 

Aktual.az

Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR