“Günəşli”yə 10 yanğınsöndürən gəmi göndərildi

“Günəşli”yə 10 yanğınsöndürən gəmi göndərildi

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “Günəşli” yatağının 9-cu özülündə 71 saylı quyuda baş verən yanğınla bağlı münasibət açıqlayıb.

Qurumun mətbuat katibi Vüqar Sadıqovun   verdiyi məlumata görə, platformada insident barədə məlumat daxil olan kimi, gəmiçiliyin müvafiq böhan qrupu səfərbər olunub və lazimi tapşırıqlar verilib: “Dərhal aydiyyəti gəmilər platforma olan əraziyə göndərilib. Hazırda ərazidə yanğınsöndürən gəmilər də daxil olmaqla 9 gəmi var. Daha bir gəmi yaxınlaşmaq üzrədir. Vəziyyətə AXDG-nin rəhbərliyi şəxsən nəzarət edir. Bütün lazimi işlər görülür”.


Qeyd edək ki, bu gün “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən yanğın baş verib.

SOCAR-dan verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR