Güləşçilərimiz Avropa çempionatında 4-cü qızılı qazandı

Güləşçilərimiz Avropa çempionatında 4-cü qızılı qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Aktual.az xəbər verir ki, 60 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada israilli Melkamu Fetene ilə qarşılaşıb.
Rəqibini 5:3 hesabı ilə məğlub edən Əliyev qitə çempionu olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb.
***
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
72 kq-da çıxış edən Qurban Qurbanov finalda ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
67 kq-da yer alan Həsən Məmmədli isə 3-cü yer uğrunda qarşılaşmada bolqarıstanlı İvo İliyevə 8:10 hesabı ilə uduzaraq medalsız qalıb.
Fəxri kürsünün ən yüksək pilləsinə son olaraq Murad Əhmədiyev qalxıb. 97 kq-da yer alan idmançı finalda macarıstanlı Aleks Şokeyə tam üstünlüklə qalib gəlib.
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR