Güclü qar Lənkəran-Lerik yolunda problem yaradıb

Güclü qar Lənkəran-Lerik yolunda problem yaradıb

Güclü qar Lənkəran-Lerik yolunda çətinliklər yaradıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib.

Yağıntı rayonun bütün yaşayış məntəqələrini əhatə edib. Belə ki, qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 10-14 sm təşkil edib. Qar əsasən Lənkəran-Lerik şosesində ciddi problemlər yaradıb. Əraziyə 43 saylı rayon Yol-İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası cəlb olunub. Yolda avtomaşınların hərəkəti bərpa olunub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən APA-ya verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti ayın sonuna  kimi davam edəcək. Hazırda yüksək dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəni göstərir.
 
Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR