ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm

ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm

Şuşada olduğuma görə xoşbəxtəm.
Aktual.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
"Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və şadam ki, bu səfər nəhayət baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm", - diplomat ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən videoda bildirib.
"Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm. Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət ki baş tutdu… Qonaqpərvərliyinizə görə təşəkkür edirəm… Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm.”
— Səfir Libby pic.twitter.com/yuvvUxA2xb
— U.S. Embassy Baku (@USEmbassyBaku) May 6, 2024
Xəbər 127 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR