Goranboyda maşın aşdı — Polis yaralandı

Goranboyda maşın aşdı   — Polis yaralandı

Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb. “Opel Astra” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü, Goranboy rayon sakini, 1978-ci il təvəllüdlü Şirin Quliyev və sərnişin, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, 1987-ci il təvəllüdlü Əhəd Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 


Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR