Gömrükdə problem: Rusiya malları buraxmır

Gömrükdə problem: Rusiya malları buraxmır

Rusiyanın yol vergisi ilə bağlı ölkə qanunvericiliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub.

Nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin bəziləri tətil elan edərək işi dayandırıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhədi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.

Dövlət Gömrük Komitəsi bildirir ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir.

Xatırladaq ki, yaranmış problemin həlli ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiya Federal Gömrük Xidmətinə müraciət edib.

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR