Gömrükdə 190 minlik dollar əməliyyatı

Gömrükdə 190 minlik dollar əməliyyatı

Azərbaycandan külli miqdarda xarici valyuta və qızıl külçələrini Türkiyəyə aparmaq istəyən şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən Aktual.az-a  daxil olan birgə məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190.000 (yüz doxsan min) ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək "Heydər Əliyev” Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyə Respublikasına aparmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları - Elvin Yusubov, Rəşad Nəsibov və onlarla əlbir olan gömrük əməkdaşı Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
 
Aktual.az
Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR