Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verilib

Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verilib

Bu gün noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qələbə qazandığı kimi, bu seçkidə də “Yeni hədəflərə doğru!” şüarı ilə qələbə qazanmaq əzmindədir.
Partiyanın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi parlament seçkiləri ilə bağlı çevik, operativ fəaliyyət göstərir, partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib, partiya fəallarından, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. YAP Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin tədbirlər planı hazırlanıb. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kərimzadə Pərvin Orxan qızı, Həmzəyev Naqif Ələşrəf oğlu, Fətiyev Xanlar Nuru oğlu və Quliyev Musa İsa oğlunu ictimaiyyətə daha yaxından tanıtmaq üçün təbliğat aparılacaq və onlar yerlərdə seçicilərlə görüşəcəklər.
Təbliğat-təşviqat kampaniyası 37,38,39 və 40 saylı Seçki Dairələri üzrə müəyyən olunmuş xüsusi yerlərdə namizədlərin şəkilləri əks olunmuş plakatların asılması ilə başlayıb. Namizədlərin təbliğatı üçün hazırlanmış bukletlər, təbliğat-təşviqat materialları da seçicilərə çatdırılacaq.

Xəbər 970 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR