Füzulidə ev yandı - Ölən var

Füzulidə ev yandı - Ölən var

Füzuli rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Aktual.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Füzuli rayonu, Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. 

Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb. Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhtlərinə baxmayaraq 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
Aktual.az 
Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR