Futbolçuları aparan avtobus yandı - Azərbaycanda

Futbolçuları aparan avtobus yandı - Azərbaycanda

Bakı-Quba yolunda avtomobil yanıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.

Məşqçi Zöhrab Mahmudov bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.

Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.
 
Aktual.az
Xəbər 688 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR