Fransadakı dəhşəti törədən şəxs müəyyən edildi

Fransadakı dəhşəti törədən şəxs müəyyən edildi

Fransanın Nitsa şəhərində terror aktını törədən şəxsin kimliyi məlum olub. 

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, hadisəni törədən 31 yaşlı Tunis vətəndaşı olub.

Fransada xüsusi xidmət orqanları sözügedən şəxsi tanıyıb. Polisin həmin şəxsi ümumi qanun pozuntularına görə tanıdığı qeyd edilir.

Lakin kəşfiyyat onun haqqında heç nə bilməyib.

Xatırladaq ki, Nitsada “Bastiliya qalasının alınması” bayramı qeyd olunan zaman yük maşınının sürücüsü maşını insanların üzərinə sürüb. Terror aktı kimi qiymətləndirilən hadisə nəticəsində 84 nəfər ölüb, 100-dən çox insan yaralanıb. 

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR