Fransada meşə yanğını olub, 190 nəfər təxliyyə edilib

Fransada meşə yanğını olub, 190 nəfər təxliyyə edilib

Fransanın cənubunda Jenerak rayonunun Qar departamentində azı 488 hektar meşə sahəsi və gecəqondular yanıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.
Bildirilib ki, qəzanın aradan qaldırılmasında 141 yanğınsöndürən maşın və 465 yanğınsöndürən iştirak edib.
Hadisə nəticəsində 190 nəfər təxliyyə edilib, yanğınsöndürənlərdən biri isə xəsarət alıb.
Qeyd edək ki, ötən həftə Fransanın 50-dən artıq şəhərində rekord həddə istilik qeydə alınıb. Anomal istiliyin ardınca güclü qruraqlığın və meşə yanğınlarının baş verəcəyi ehtimal olunur.
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR