Fransa kəşfiyyatı terrordan xəbərdar olub

Fransa kəşfiyyatı terrordan xəbərdar olub

Fransa kəşfiyyatı Nitsada terror aktının törədiləcəyindən əvvəlcədən xəbərdar olub.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “Nice Matin” nəşri yazıb.

Bildirilib ki, kəşfiyyat xidmətlərinə terrorun törədiləcəyi haqda məlumat daxil olub: “Otuz bir yaşlı Tunis əsilli Fransa vətəndaşı barədə hüquq-mühafizə orqanlarında məlumat olmayıb. Çünki, onun heç bir cinayətdə adı keçməyib”.

Fransa Prezidenti Fransua Olland Nitsadakı terror aktından sonra Təhlükəsizlik Şurasının iclasını keçirir. Görüş yerli vaxtla səhər saat 09:00-da başlayıb. İclasın yekunu üzrə F.Ollandın Nitsaya yollanacağı gözlənilir.

Qeyd edək ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzintiyə çıxan insanların üzərinə sürüb. Şahidlərin ifadəsinə görə, yük maşını dayanmadan ziqzaqvari hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra terrorçu polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb.

Son məlumata əsasən, insident nəticəsində həlak olanların sayı 84-ə çatıb, 18 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Xəbər 282 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR