FHN: Ötən sutka 45 yanğına çıxış olub, 4 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka 45 yanğına çıxış olub, 4 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Aktual.az-a verilən xəbərə görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 45 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 2 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Suraxanı rayonunda baş verən avtoqəza zamanı deformasiyaya uğrayan nəqliyyat vasitəsində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, Tovuz şəhərində "ВАЗ” markalı minik avtomobilində baş verən yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, Xəzər rayonunda baş verən nəqliyyat qəzası zamanı deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Xəbər 130 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR