“Facebook” Rusiya hakimiyyəti ilə mesajlaşmaq üçün işçi axtarır

“Facebook” Rusiya hakimiyyəti ilə mesajlaşmaq üçün işçi axtarır

"Facebook” şirkəti öz saytında Rusiya hakimiyyət orqanları ilə əlaqələr üzrə menecer vakansiyası elan edib.Menecerin iş yeri kimi isə Varşava göstərilib.

Aktual.az  xəbər verir ki, bu barədə lent.az saytı məlumat yayıb. Qeyd edilir ki, menecerin vəzifələrinə qanunvericilikdə sosial şəbəkələrə toxuna biləcək son dəyişikliklərin monitorinqi, məmurlarla görüşlərdə "Facebook”un maraqlarının təqdim olunması daxildir.
Namizəddən rus dilini ideal səviyyədə, ingilis dilini isə danışıq dili səviyyəsində bilmək, yüksək rütbəli məmurlarla iş və mətbuat katibliyi təcrübəsi, eləcə də, internet və "Facebook”un cəmiyyətin faydasına olmasına inanmaq tələb olunur. 
 
Aktual.az
Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR