Əziz dostum!

Əziz dostum!

Əfsələddin Ağalarov
 

Həyatı təkadamlıq xarabaya çevirməyəcək çoxlu səbəblər var.  

 
Bizi dünyaya gətirən ana ilk müqəddəs varlığımız, ata isə ilk səcdəgahımız olur. Sonra həyat sənə daha başqa gözəllikləri göstərir. Bu yolda sevdiyin insanları  tapırsan və həyat yenə sənə gözəlliklər qismət etməyə davam edir. Yəni səni təkadamlıq xarabada yaşatmamaq üçün əlindən gələni sən özün belə istəmədən edir, köməklik göstərir. Bu dünyada fərqli təfəkkürdə, fərqli baxışda və fərqli düşüncədə olsan belə səni DOST sözünə bağlayan birisini də qarşına çıxardır. Hətta, qardaşdan da irəli, ailə qədər əziz və dəyərli DOSTu.  Bu gün mənim üçün məhz o insanın – dostum, qardaşım, həmkarım Hacibəy Heydərlinin doğum günüdür.
 Bu gün həm də bizim dostluğumuzun ortaq gücü olan “azxeber.com”-un 6 yaşıdır. 6 il bundan öncə iki universitet tələbəsi çoxdandır düşündüyümüz, ağlımızın bir köşəsində qalan və reallaşdırmağa çalışdığımız o layihəni gerçəkləşdirdik. Çətin oldu, yorucu oldu, ağır oldu, amma bizim birimizin sağ  ayağı axsayan zaman, digərimiz sol ayağını axsaq tutdu ki, bu dostluq müvazinətini sona qədər qorusun. 
Bir sözlə, bu gün azxeber.com-un 6 , bu böyük ürəkli insanın isə 25 yaşı tamam olur. Səni necə təbrik etmək istədimsə elə də təbrik etdim. Ürəyimdəkiləri qələmimin gücü çatdığı qədər yazdım, dilimin dönəcəyi qədər də sənin özünə deyəcəm. 
 
Xoşbəxt ol, əziz dostum! Hər şey üçün, ən önəmlisi isə DOSTluğun üçün sənə təşəkkür! 
Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR