Etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vuranlar cəzalanacaq

Etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vuranlar   cəzalanacaq

Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyanı vurmaqla bağlı cəzalar ağırlaşdırılıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurmaq min manatdan iki min manatadək miqdarda cərimə, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırda bu əməllər yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırda bu əməllər beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbər 485 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR