Ermənistanın yeni baş nazirinin seçiləcəyi tarix açıqlanıb

Ermənistanın yeni baş nazirinin seçiləcəyi tarix açıqlanıb
  • DÜNYA

 Ermənistan parlamentində oktyabrın 24-də yeni baş nazir seçkisi keçiriləcək. 


"Report” "İnterfax”a istinadən xəbər verir ki, bunu parlament Aparatı rəhbərinin müavini Arsen Babayan bildirib.

Onun sözlərinə görə, həmin gün qanunverici orqanın toplantısında yeni hökumət başçısını müəyyənləşdirmək üçün səsvermə olacaq.  

Ermənistan Konstitusiyasına əsasən, baş nazir və hökumət üzvləri istefa verdikdən 7 gün sonra parlamentdəki fraksiyalar bu posta yeni namizədlər irəli sürməlidir. Əgər səsvermədə yeni baş nazir seçilməzsə, o zaman 7 gündən sonra yeni seçki keçirilir. Baş nazir ikinici turda da seçilməzsə parlament buraxılır.

Ölkəni əsas qanununa görə, qanunverici orqan buraxıldıqdan 30 gündən tez, 45 gündən gec olmayaraq, növbədənkənar parlament seçkiləri keçirilir.

Parlament buraxıldıqdan sonra Ermənistan Prezidenti seçkilərin keçiriləcəyi günü təyin edir. Arsen Babayan bildirib ki, yeni parlamentin ilk iclasınadək buraxılan qanunverici orqan bütün səlahiyyətlərini saxlayır.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefa verib.

Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR