Ermənistanın dövlət borcu rekord həddə çatdı

Ermənistanın dövlət borcu rekord həddə çatdı
  • DÜNYA

Ermənistanın ümumi dövlət borcu 2016-cı il iyun ayının sonuna 5 345,2 milyon ABŞ dolları təşkil edib.

Aktual.az  report-a istinadən bildirir ki, bu, ilin əvvəlindən ümumi dövlət borcunun 5,3% və ya 267,5 milyon ABŞ dolları artması deməkdir.

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, respublikanın xarici dövlət borcu 2016-cı il iyun ayının sonuna 4 470,3 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə, xarici dövlət borcu əvvəlki ayla müqayisədə 0,88% və ya 39,3 milyon ABŞ dolları artıb.

Xarici dövlət borcu strukturunda 3 973,2 milyon ABŞ dolları Ermənistan hökumətinin borcudur, respublika Mərkəzi Bankının borcu isə 497,1 milyon ABŞ dollara çatıb.
Ermənistan dövlət büdcəsinə görə, 2016-cı ildə ölkənin dövlət borcu gözlənilən ÜDM-ə qarşı 49,4% təşkil edəcək.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR