Ermənistanda son sutkada daha 665 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada daha 665 nəfər koronavirusa yoluxub

Ermənistanda daha 665 nəfərdə koronavirus aşkarlanıb.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan "Facebook” səhifəsində açıqlayıb.

Bununlada Ermənistanda virusa yoluxanların sayı 18 698-ə yüksəlib.
"İnsanlar maska taxmağı boykot etməkdə davam edirlər. Biz nəyi yanlış edirik ki, bizim dəyərli vətəndaşlarımız özlərinin və ətraflarının sağlamlığına biganə yanaşırlar”, - baş nazir deyib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu ötüb. Bunların 4,4 milyondan çoxu sağalıb, 451 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 
Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR