Ermənistanda Rusiyaya qarşı aksiya - Deputata butulka atdılar

Ermənistanda Rusiyaya qarşı aksiya   - Deputata butulka atdılar

İrəvanda Rusiya ilə Ermənistan arasında vahid Hava Hücumundan Müdafiə sistemlərinin yaradılmasına qarşı yeni etirazlar başlayıb.

Aksiya “biz ölkəmizin sahibiyik” qrupunun təşəbbüsü ilə təşkil edilib.

Etirazçılardan biri onlara yaxınlaşan Ermənistanın sabiq baş naziri, hazırda parlamentin deputatı olan Qrant Baqratyana şüşə butulka atıb. "O, şüşə atıb qaçdı. Çox güman ki, bu, təxribat idi”, - deyə Qrant Baqratyan jurnalistlərə açıqlamasında bildirib. 

Baqratyan etirazçılara müqavilənin xarakterini aydınlaşdırmaq üçün yaxınlaşdığını deyib. Polis deputata hücum edən etirazçını saxlayıb.

Rusiya ilə müqavilə Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə salınıb.

2015-ci il noyabr ayının 11-də Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə sisteminin yaradılması ilə bağlı sazişin imzalanmasına göstəriş verib.

Bundan əvvəl də bir neçə dəfə Rusiya ilə bağlanan müqavilənin şərtlərinə etiraz ediblər.//Anspress.com 



Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR