Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda daha 2 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan "Facebook” səhifəsində canlı yayımda bildirib.
Qeyd edək ki, Ermənistanda 4 koronavirusa yoluxma halı aşkarlanmışdı. Martın 13-dən isə bütün təhsil müəssisələri bağlanıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 137 674-ə çatıb. Bunların 70 437 nəfəri sağalıb, 5 080 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR