Ermənistan uzun illər işğalçılıq siyasəti ilə bütün enerji layihələrindən kənarda qalıb - Deputat

Ermənistan uzun illər işğalçılıq siyasəti ilə bütün enerji layihələrindən kənarda qalıb - Deputat

Ermənistanı uzun illər idarə edən şəxslər yürütdükləri yanlış və işğalçılıq siyasəti ilə mənsub olduqları xalqı və dövləti uçuruma aparıblar, bütün enerji layihələrindən kənarda qalıblar, səfalət və rəzalət üçün zəmin hazırlayıblar.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə çıxışı zamanı da bildirdi ki, Ermənistan çox böyük səhv edib və vaxt itirib:

"Eyni zamanda energetika və nəqliyyatın inkişafı sahəsində Azərbaycanın təşəbbüslərindən kənarda qalıb. Nəticə etibarilə isə bir zamanlar işğal etdikləri və heç vaxt nə tarix, nə də beynəlxalq hüquq baxımından onlara məxsus olmayan əraziləri itirib.

Ermənistan sözün gerçək anlamında dağılır, Ermənistanda iqtisadiyyat demək olar ki, tamamən məhv olub, ona görə fürsət tapan hər bir Ermənistan vətəndaşı öz ölkəsini dərhal tərk edir, ölkədə ciddi etirazlar var, hamı bir-birini ittiham edir, xaosun tam içindədirlər.

Halbuki, zamanında düzgün istiqamət götürsəydilər, normal qonşuluq siyasəti aparsaydılar, işğaldan öz xoşları ilə əl çəksəydilər, Azərbaycanın əzəli torpaqlarına göz dikməsəydilər, araya nifaq salmasaydılar bu vəziyyətə qalmazdılar. İndi isə Ermənistan elədiklərinin bədəlini ödəyir və ödəməyə davam edəcək.

Ermənistan çökmüş bir ölkədir. Bu dövlətin bundan yüz il sonra da perspektivi olmayacaq. Fiasko və məğlubiyyət onları daim müşayiət edəcək. Rəzalət və çöküş onların layiq olduğu sonluqdur”.
Xəbər 538 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR