Ermənistan hökumətində ciddi kadr dəyişikliyi olacaq

Ermənistan hökumətində ciddi kadr dəyişikliyi olacaq

Bu ilin iyun-iyul aylarında Ermənistan hakimiyyətinin icra strukturlarında da ciddi kadr dəyişiklikləri gözlənilir.

Aktual.az "Report”a istinadən xəbər verir ki, "İrates” qəzeti bu barədə öz mənbəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın komandasında hazırda özünün bir neçə adamı təmsil olunur: "Yeni kadrlar seçilir. Bu isə yekunda icra strukturunda, ilk növbədə, hökumətin ən yüksək vəzifəliləri arasında dəyişikliklərə səbəb olacaq” .
Qəzetin məlumatına görə, bu dəyişiklik Yerevanın meri Hayko Marutyana da çata bilər.
"Nazirlər Kabinetinin başçısı məyus olan Yerevan sakinlərini sakitləşdirmək üçün Marutyanı qurban verəcək. Maraqlıdır ki, onun yerinə hakim "Mənim addımım” bloku kimi irəli sürəcək?”, - yazıda vurğulanıb.
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR