2023-cü ildə Ermənistanın müdafiə xərcləri 795 milyon dollardan 1.33 milyard dollara yüksəlib.
Aktual.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülhün Öyrənilməsi İnstitutunun (SİRPİ) yaydığı hesabatda qeyd olunub.
Bildirilib ki, ÜDM-ə nisbətdə hərbi xərclər 4.1 faizdən 5.5 faizə çatıb. Qeyd edək ki, Ermənistan büdcə qaydalarına görə, hərbi xərclər ÜDM-in 4 faizini keçməməlidir.
SİRPİ-nin hesabatında qeyd olunub ki, Azərbaycanın hərbi xərcləri 2 milyard 991 milyon dollardan 3 milyard 561 milyon dollara, ÜDM-ə nisbətdə 3.8 faizdən 4.6 faizə çatıb.
İran və qardaş Türkiyənin də hərbi xərcləri demək olar ki, 1.5 dəfə artıb. İranın hərbi xərcləri 6.8 milyard dollardan 10.3 milyard dollara, Türkiyənin isə 10.6 milyard dollardan 15.8 milyard dollara çatıb.
Dünyanın müdafiə xərclərinə ən çox pul ayıran ölkəsi isə 906 milyard dollarla ABŞ olub.
İkinci yerdə 296 milyard dollarlıq hərbi xərclə Çin qərarlaşıb. Üçüncü yerdə olan Rusiya isə 2022-ci ilə nisbətən hərbi xərclərini kəskin artırıb. Ötən il Rusiyanın hərbi xərcləri 86.4 milyard dollardan 109 milyard dollara yüksəlib.
Xəbər 165 dəfə oxunub.