“Erməni nadürüstlər üçün heç bir dəyər yoxdur” - MÜSAHİBƏ

“Erməni nadürüstlər üçün heç bir dəyər yoxdur” - MÜSAHİBƏ

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, erməni terrorçu hərbi birləşmələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina partdadılmasını davam etdirirlər. Dünya birliyi isə hələ də ikili yanaşma nümayiş etdirir. Buna sizin münasibətinizi bilmək istəyirik?

- Erməni terrorçularının hələ də öz əməllərinə davam etməsi, təxribatlar törətməsi ondan xəbər verir ki, bu nadürüstlər üçün heç bir dəyər yoxdur, onlara heç bir hadisə dərs olmur və bu namərdlər heç bir zaman düzələsi deyillər. Çünki xəmirləri terrordan yoğrulub. Çünki mahiyyətləri budur. Çünki bu cinayətkarların bütün həyat fəlsəfəsi qətldən, qandan, terrordan, təxribatdan ibarətdir. Ancaq erməni terrorçuları unudurlar ki, bu şərəfsiz əməllərlə, təxribatlarla, terrorla Azərbaycanın və azərbaycanlıların əzmini qıra bilməzlər. Biz möhkəmik. Biz məğrur və haqlıyıq. İşğaldan azad olunan Kəlbəcər torpaqlarında minaya düşən şəhid jurnalistlərimizin də qanı yerdə qalmayacaq. Cavabımız mütləq olacaq. Güman ki, ermənilərin başı "dəmir yumruq” üçün yenidən qaşınır və həmin zərbə üçün darıxıblar. Darıxıblarsa yenidən endirərik. Sadəcə məsələyə və hadisəyə münasibətdə əsas düşündürücü məqam bilirsinizmi nədir? Beynəlxalq aləmin ikili standartlara söykənən reaksiyası! Niyə? Anlaşılmır. Ayrı vaxt sadə məsələlərlə bağli coşan, gur-gur guruldayan bəzi Beynəlxalq Təşkilatlar niyəsə şəhid jurnalistlərimizin qətlinə adekvat reaksiya vermək istəmirlər. Halbuki, məlum hadisə olduqca qlobal terror nümunəsidir. Yaxşı bəs hardadır həmin təşkilatlar? Niyə susurlar? Niyə ağızlarına su alıb oturublar? Yəqin ki, bu sualların cavabını uzun müddət gözləməli olacayıq. Çünki ikili standartlar hələ də mövcuddur və beynəlxaq aləmdə əsl ədalət bərqərar olmayınca, beynəlxalq hüququn prinsipləri düzgün realizə edilməyincə vəziyyət belə olacaq, günahsız insanlar qətl ediləcək.

- Azərbaycan erməni tərəfinin hələ də minalanmış ərazilərinin xətirələrini verməməsinə görə, beynəlxalq məhkəməyə müraciət edib. Sizcə, məhkəmənin qərarı necə ola bilər?

- Beynəlxalq məhkəmə düzgün və ədalətli qərar verməlidir. Bu qərarı vermək onların borcudur. Hərgah, minalanmış sahələrin xəritələri ilə bağlı dəfələrlə beynəlxalq aləmə də, Ermənistanın özünə də müraciətlər olub. Sadəcə yayınırlar bu mövzudan. Hamısı! Ona görə ümid bir qalıb məhkəməyə. Ermənistanın özünə qalsa məsələ uzanacaq. Çünki bir daha təkrar etmək istəyirəm: bu namərdlərin xəmiri terrordan, təxribatdan yoğrulub. Onlar qan görəndə, insan ölümü görəndə ləzzət alırlar. Eynən manyaklar kimi. Ona görə də bu terrorçuları məcbur etmək lazımdır ki, həmin xəritəni versinlər. Məcburetmənin isə ən gözəl üsulu məhkəmə qətnaməsidir. Ümid edirik ki, Beynəlxalq Məhkəmə bu məsələ ilə bağlı ədalətli qərar qəbul edəcək.

- Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bildirib ki, "Paşinyanın yerinə olsaydım öz başıma güllə vurub öldürərdim”. Nəyə görə, 2016-cı il aprel məğlubiyyətinə görə Sarkisyan özünü güllələmədi?

- Sarkisyan da elə eynən Paşinyanın bənzəri və başqa tayıdır. Onlar ikisi də eyni mahiyyətdə, ağılda və ruhda olan biriləridir. Belələrinin beşi birinə dəyməz, biri beşinə. Hamısı da artistlik edir. Hərgah, eyni bezin qıraqlarıdır. Sarkisyan elə ürəkli və cürətli idisə həmin gülləni 2016-da birinci öz başına vurmalı idi. Çünki məğlubiyyətlərinin təməli onda qoyulmuşdu. Sadəcə bunlar bilirsinizmi niyə bir-birini qırırlar? Ona görə ki, Ermənistan ümumən tənəzzüldədir, bu ölkədə aləm dəyib bir-birinə, ağız deyəni qulaq eşitmir, idarəçilikdə xaos hökm sürür, hamı ittiham edir, hamı aqressivdir. Belə olan halda isə kimin kimlə düşmənçiliyi varsa, dərhal fürsətdən istifadə edib qısasını alır. Hərçənd günah hamısındadır. Əsas da Ermənistanı indiyə qədər idarə edənlərdə. Daha dəqiqi, nə Paşinyanda bir qram ağıl var, nə də Sarkisyanda. Ona görə Ermənistan bu gündədir. Ona görə Ermənistan çabalayır, məhv olur, yox olur. Ermənistanın indiyə qədər bir ağıllı rəhbəri olsaydı vəziyyət bu yerə qədər gəlib çıxmazdı.

- Ermənistan-Azərbaycan dövlət sərhəddindəki gərginlik nəticə etibarı ilə müharibəyə gətirib çıxara bilərmi?

- Azərbaycan əsgəri, Azərbaycan sərhədçisi, Azərbaycan vətəndaşı öz torpağını hər zaman canı və qanı bahasına qorumağa hazırdır. Əgər bundan sonra da təxribatlar davam etsə düşmənin cavabı dərhal veriləcək. Ermənistan qorxaq dövlətdir. Erməni əsgəri də öz dövlətinə bənzəyir. Qorxaq isə həmişə öz məqsədini gizlin və namərdcə həyata keçirməyə çalışır. Ona görə hər yerə oğrun-oğrun mina basdırıblar. Ona görə insan ölümündən zövq alırlar. Çünki üzbəüz gəlməyə, döyüşməyə cəsarətləri yoxdur. Cəsarətləri olmadığına görə də dərinə gedə bilməyəcəklər. Yox əgər getmək istəsələr Azərbaycanın "dəmir yumruğu” bu quldur və terrorçuların başını növbəti dəfə əzəcək. Buna hər kəs əmin olsun.
 
 
Mənbə: SİA.az
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR