“Erməni diasporu Sərkisyanı məğlub etdi”

“Erməni diasporu Sərkisyanı məğlub etdi”

Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan Ermənistanda keciriləcək parlament seckilərində iştrak edəcəyini açıqladı. Onun bəyanatında daha vacib məqam indi Ermənistanın səhv yolda olduğunu açıqlaması idi: “Biz pis heç nə etmirik, heç nədən qorxmuruq. Bu bizim vətənimizdir. Əgər biz indi bir iş görməsək, sonra buna heyfsilənəcəyik.”
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, Kremlin Dövlət Sarayında keçirilən Rusiya Erməniləri İttifaqının 5-ci qurultayına V.Putin və S.Sərkisyan təbrik ünvanladılar: "Erməni mətbuatının yazdığına görə, V.Putin A.Abramyanı xüsusi tapşırıqla Ermənistana göndərir. S.Sərkisyanın Qərblə Rusiya arasında ikibaşlı oyunları Rusiyanı bezdirib. Cünki bu oyunlarda əksər hallarda itirən tərəf Rusiyadır. RF prezidenti V.Putinin Ermənistandakı proseslərdən narahat olduğunu istisna etmirik. Amma Moskvadakı ermənilərlə prezident S.Sərkisyanın münasibətinin “ermənivari” olması da ekspertlərə sirr deyil. S.Sərkisyan, o cümlədən eks-prezident R.Koçaryan Moskvadakı ermənilərə qarşı həmişə mübarizə aparıblar". Politoloq qeyd edib ki, rusiyalı erməni mənşəli biznesmen Arkadi Vardanyan R.Koçaryanın rəhbərliyi zamanında 2003-cü ildə həbs olundu, onun növbəti həbsi isə S.Sərkisyanın dövründə 2014-cü ildə oldu: "S.Sərkisyan A.Abramyana qarşı ciddi mübarizə aparıb. A.Abramyanın var-dövləti, ad-sanı və Kremllə əlaqələrini S.Sərkisyan öz hakimiyyəti üçün təhlükə kimi qavrayırdı. Ermənistanda və Dağlıq Qarabağda iqtsadi lahiyələr reallaşdırmasına baxmayaraq, A.Abramyan hakımiyyətin işinə qarışmırdı. S.Sərkisyanın adamları A.Abramyanın Liviyada 1 miyard pul itirməsi, qanunsuz silah alveri ilə məşğul olması və müflisləşməsi barədə məlumatları əldə edib dövriyyəyə buraxdılar. Hətta Moskvadakı ofisindən cıxarılacağı ilə bağlı məlumatlar yayıldı. Bu artıq A.Abramyanla Kremldəkı havadarları arasında siyasi problemin göstəricisi idi. S.Sərkisyan Rusiya Erməniləri İttifaqına, həm də A.Abramyanın rəhbərlik etdiyi digər təşkilata - Ümumdünya Erməniləri Konqresinə Yerevanda ofis vəd etdi. A.Abramyan başa düşdü və qəbul etmədi. Qurultayını keçirib yenidən Moskvaya qayıtdı". Mərkəz rəhbəri sonra bildirib ki, bir müddətdən sonra Kremllə münasibətini yenidən istiləşdirdi: "A.Abramyanla S.Sərkisyanın münasibətlərinin qaydasında olmaması kənardan görünür. Hər ikisi təcrübəlidir. S.Sərkisyan ehtimali siyasi rəqiblərinin çoxunu sıradan çıxara bilib. A.Abramyan isə S.Sərkisyandan əziyyət çəkən ermənilərin hamısını tanıyır. Hətta bəzi hallarda o S.Sərkisyana kömək edib. Karen Karapetyan prezident administrasiyana rəhbər təyin edilən vaxtdan onun qardaşı, Moskvada ən varlı erməni milyarder, “Taşir” qrupunun başçısı Samvel Karapetyan hər il Ermənistanın dövlət büdcəsinə 60 milyin dollar pul köçürdü. Bu S.Sərkisyanı qorxutdu. Karen Karapetyanı qəflətən vəzifədən azad etdi". M.Əhmədoğlu deyib ki, Kreml rusiyapərəstin vəzifədən uzaqlaşdırılmasına reaksiya vermədi: "Onu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin ştatda olan əməkdaşı olan Vigen Sərkisyanla əvəzləməsi də Moskvada lazımi reaksiya yaratmadı. Karapetyan qardaşları Kremlin loyallığında A.Abramyandan şübhələndilər. Ona görə Samvel Karapetyan Ermənistanda hakimiyyət uğrunda birgə mübarizə aparmaqla bağlı Ara Abramyanın yaxınlarda verdiyi təklifini rədd etdi. Digər Karen Karapetyan da S.Sərkisyanın marazmatik şübhəsinin qurbanı oldu. ArmRosQazpromun rəhbəri olarkən “Qazprom”un sədri A.Millerlə yaxın münasibətlər qura bildi. S.Sərkisyan Karen Karapetyanı aldadıb ArmRosQazpromun sədrliyindən istefa verdirdi. Yerevan şəhərinə mer təyin etdi. Bir neçə aydan sonra əmrlə vəzifədən azad etdi. Cinayət işi açılarkən Karen Karapetyan Moskvaya qaçdı. Saatla ölçülən vaxt ərzində “Qazprombank”ın sədrinin müavini təyin edildi". Politoloq sonra əlavə edib ki, S.Sərkisyan indi həm Moskvadakı eməni diasporu, həm də Kreml tərəfindən ifşa olunub: "Hər ikisi S.Sərkisyana qarşı təxminən eyni mövqedədirlər. Bəlkə də bu Kremlin ssenarisidr. S.Sərkisyan bir neçə dəfə V.Putini aldadıb. V.Putinin təklifini rədd edib. Rusiya Ermənistandakı iqtisadi subyektlərində ciddi strukturlaşdırmaya başlayıb. Prezident S.Sərkisyanın heç bir təklifi nəzərə alınmadı. Elektrik sahəsinin iki nəhəng müəssisəsi Samvel Karapetyana verildi. Kreml demək olar ki, bu müəssisələri S.Karapetyana zorla verdi. S.Karapetyan götürmək istəmirdi. S.Sərkisyan bu müəssisələrin bu vaxtadək milliyətcə rus rəhbərlərini şantaj edib pul qopara bilirdi. Samvel Karapetyan da S.Sərkisyan kimi ermənidir. Narazı erməni". Mərkəz rəhbəri sonda qeyd edib ki, Kreml Ermənistanın siyasi idarəçiliyini Ara Abramyana tapşırır: "Bunlar Moskvadakı erməni diasporunun S.Sərkisyan üzərində qələbəsidir. Yekun qələbə Qarabağ klanı hakimiyyətdən getdikdən sonra baş verəcək. Belə görünür, RF ona doğru gedir. R.Koçaryanın sonuncu dəfə Moskvada nə vaxt olduğu bəlli deyil. S.Sərkisyan və R.Koçaryan Moskvaya münasibətdə komplementardırlar: Bir-birini tamamlayırlar. Kreml də öz komplementarını hazırlayıb". - See more at: http://axar.az/news/68374#sthash.zEK7SmLs.dpuf

Xəbər 569 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR