Erkən nikahların ən çox qeydə alındığı rayonlar açıqlandı

Erkən nikahların ən çox qeydə alındığı rayonlar   açıqlandı

2015-ci ildə Azərbaycanda erkən nikah faktlarının ən çox qeydə alındığı rayonların adları açıqlanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov apa-ya bildirib ki, 2015-ci ildə erkən nikah halları ən çox Şabran (18 fakt), Ağsu (22 fakt), Salyan (27 fakt) və Şəkidə (37 fakt) qeydə alınıb.

Şöbə müdiri əlavə edib ki, ötən il Lerik və İsmayıllı rayonlarında erkən nikah faktları qeydə alınmayıb: “2015-ci ildə erkən nikahlar Şamaxı (2 fakt), Hacıqabul (10 fakt), Saatlı (11 fakt), Sabirabad (13 fakt) rayonlarında da qeydə alınıb”.

E. Səfərov qeyd edib ki, 2015-ci ildə erkən nikah faktlarına görə 52 cinayət işi açılıb.

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR